"Vest Hem"in ulduz futbolçusu çiçarito tanınmış model Sarah Kohanla eşq həyatı yaşayır. Matç.az saytının "Marca"ya istinadən məlumatına görə, cütlük bunu ictimaiyyətə yaymaqdan belə çəkinmir.

Bir filmdə öpüş səhnəsi ilə başlayan münasibət daha da güclənib. Meksika yığmasının hücumçusu ilə Kohan romantik günlər yaşamaqdadılar. Model cütlüyün səfərlərindən birində hovuzda öpüşdükləri yerdə çəkilən şəkli instaqram hesabında paylaşıb.

Həmin foto isə 64 mindən çox "layk" toplayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest