Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb. Qitə futbol qurumu FIFA referisini Maltaya göndərir. Belə ki, o, AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Malta - Norveç oyununu idarə edəcək.
"Xorvatiya ilə evdəki oyunun nəticəsi bizim üçün ağır oldu. Əslində yaxşı çıxış etdik, keyfiyyətli oyun ortaya qoyduq. İndi yeni bir matçımız var. Xorvatların gücündən, heyətindən xəbərdarıq. Ancaq budəfəki duel fərqli olacaq".
"Hər dəfə milliyə gələndə keyfiyyətimi ortaya qoydum, gücümdən maksimum istifadə etdim. Məşqçiyə, özümə və hər kəsə çağırılmağa layiq olduğumu sübut etmək üçün daha iki oyunluq imkanım var. İndi yalnız Xorvatiya ilə matçı düşünürəm".
"Xorvatiya ilə oyun çox çətin olacaq. Ancaq hər şeyə meydanda aydınlıq gələcək". Bunu Slovakiya yığmasının hücumçusu Robert Bojenik deyib. Gənc forvard yerli mətbuata açıqlamasında AVRO-2020-nin seçmə mərhələsində keçirəcəkləri son oyunlara münasibət bildirib.
"Uelslə müqayisədə son iki tur öncəsi bizim üçün vəziyyət əlverişsizdi. Çünki daha güclü rəqiblə qarşılaşacağıq. Üstəlik, səfərdə. Matçın nisbətən kiçik stadionda olmasına baxmayaraq, tribunalardan gələn təzyiqlər futbolçulara təsir edə bilər".
"Hamımız nə istədiyimizi bilirik. Fikrimizdə yalnız bir nəticə var: final mərhələsinə vəsiqə qazanmaq. Bunun necə əldə olunacağını da bilirik. Əvvəlcə Xorvatiyaya, daha sonra isə Azərbaycana diqqət yetirməliyik".
"Yaxşı oynadığımız matçları düşünməliyik. Xorvatiya ilə eyni keyfiyyətə malik deyilik, ancaq turnir cədvəlində irəliləmək üçün sona qədər mübarizə aparacağıq. Rəqibin heyətində itkilərin olması bizim üçün heç bir rol oynamır".
AVRO-2020-nin seçmə mərhələsinin son oyununda Çexiya ilə qarşılaşacaq Bolqarıstan yığması hazırlığını davam etdirir. Bu gün Paraqvayla yoldaşlıq görüşü keçirəcək komanda son məşqini tam heyətlə edə bilməyib.
Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsində Uelslə oyununa təyinat alan Dəniz Aytəkin kifayət qədər təcrübəli hakimdi. Almaniyanı təmsil edən referi taleyüklü oyunlara göndərilən, dünyanın sayılıb-seçilən hakimlərindəndi.
AVRO-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan - Uels oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib. Konfranslar adəti üzrə oyundan bir gün əvvəl gerçəkləşəcək.
"Qarşıdakı iki matçda hədəf bizi Avropa çempionatının final mərhələsinə daşıyacaq nəticələri göstərməkdi. Xorvatiyaya ilk oyundakı 0:4 hesablı məğlubiyyəti unutmalıyıq. Bunu bacarsaq, əminəm ki, uğurlu çıxış edəcəyik".
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.