01 İyul 2025, 16:30
FUTBOL
"Monako" "Barselona"dan Ansu Fatini icarəyə götürüb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı vinger 2025/2026 mövsümünü Fransa klubunun heyətində keçirəcək. "Monako" 11 milyon avro ödəməklə İspaniya millisinin üzvünün transfer hüquqlarına yiyələnə bilər.
Qeyd edək ki, Ansu Fati ötən mövsüm "Barselona"nın heyətində 11 oyunda iştirak edib.