01 İyul 2025, 13:33
FUTBOL
Qətərin "Əl-Duhail" klubundan ayrılan Hakim Ziyeş ölkəsinə qayıdır.
Matc.az xəbər verir ki, mərakeşli vinger "Kasablanka" ilə anlaşıb. 32 yaşlı futbolçu yaxın günlərdə yeni klubu ilə müqavilə imzalayacaq.
Təcrübəli oyunçu burada bir neçə il oynadıqdan sonra karyerasını bitirməyi planlaşdırır.
Qeyd edək ki, Hakim Ziyeş bu ilin yanvar ayında "Qalatasaray"dan "Əl-Duhail"ə keçmişdi.