37 yaşlı hücumçu Qoran Pandev Şimali Makedoniya millisindəki karyerasını bitirir. Matc.az xəbər verir ki, yığmanın kapitanı bu gün Niderlandla matçda son dəfə millinin formasını geyinəcəyini deyib:
 
"Milli ilə son oyunum olacaq. Düşünürəm ki, yığmaya vida etmək üçün ən uyğun vaxtdır. Belə bir möhtəşəm turnirdə iştirak etdiyim üçün xoşbəxtəm. Təkcə mənim deyil, hər kəsin xəyalı gerçəkləşdi".
 
Şimali Makedoniya yığması Aç-2020-nin C qrupunda Ukrayna, Niderland və Avstriya ilə mübarizə aparır. Şimali Makedoniya 2 turdan sonra 0 xalla sonuncu sıradadır.
 
Şimali Makedoniya millisi Aç-2020-nin qrup mərhələsinin sonuncu – 3-cü turunda bu gün Niderlandla qarşılaşacaq. Oyun saat 20:00-da start götürəcək.
 
Pandev Aç-2020-nin qrup mərhələsinin ilk turunda Avstriyaya qarşı keçirdikləri oyunda (1:3) qol vuraraq, Avropa çempionatları tarixində fərqlənən ikinci ən yaşlı futbolçu olmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest