İsveçrə millisinin baş məşqçisi Vladimir Petkoviç Aç-2020-nin A qrupu çərçivəsində Türkiyə yığmasına qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Düşünürəm ki, meydana ən yaxşı komandanı buraxmışdım. Əlbəttə, dəyişiklik etmişdim. Türkiyə yığmasına sürpriz etmək istəyirdim. Bunu bacardığımız üçün fəxr edirəm.
 
Biz qrup oyunları zamanı çox səfər etdik. Futbolçularıma təşəkkür edirəm. Heç biri uzun səfərlərdən şikayətlənmədi. çox nikbinəm. ümid edirəm ki, 1/8 finalda olacağıq.
 
Hamımız matça köklənmişdik. Düzdür, 3 qol vurduq. Amma bir çox şansdan istifadə edə bilmədik. Əla olmasa da, yaxşı oyun idi. Sabah (bu gün – red.) Bakıda məşqimiz olacaq. Bundan sonra Romaya gedəcəyik".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest