Futbol üzrə Avropa çempionatı davam edir. Matc.az xəbər verir ki, bu gün qitə birinciliyinin qrup mərhələsi çərçivəsində daha iki qarşılaşma baş tutub.

Qrup mərhələsinin sonuncu – 3-cü turunun ilk oyun günündə A qrupunun qarşılaşmaları keçirilib.

Sonuncu sırada qərarlaşan Türkiyə yığması İsveçrə ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunda keçirilən matç türklərin növbəti məğlubiyyəti ilə bitib.

Qrupun digər matçında lider İtaliya Uelslə qarşılaşıb. İtaliya yığması iki turdan sonra 1/8 finala vəsiqəni təmin etmişdi. Uelsə isə növbəti mərhələ üçün heç-heçə də sərf edirdi. Amma qarşılaşma italyanların qələbəsiylə yekunlaşıb.

Bu nəticələrdən sonra İtaliya və Uels yığmaları növbəti mərhələyə vəsiqəni təmin ediblər. İsveçrə yığması isə hələ digər qrupların nəticələrini gözləməli olacaq.

Aç-2020
A qrupu
20 iyun

İtaliya – Uels 1:0
Qol: M.Pessina, 39.
Qırmızı vərəqə: E.Ampadu, 55.
Baş hakim: Ovidiu Haçeqan (Rumıniya).
Roma. "Olimpiko" stadionu.

İtaliya: 21. Canluici Donnarumma, 6. Marko Verratti, 8. Jorjinyo, 9. Andrea Belotti, 12. Matteo Pessina, 13. Emerson, 14. Federiko Kyeza, 19. Leonardo Bonuççi (k), 20. Federiko Bernardeski, 23. Alessandro Bastoni, 25. Rafael Toloy.
Uels: 12. Denni Uord, 2. Kris Qanter, 3. Neko Uilyams, 6. Co Rodon, 7. Co Allen, 10. Aaron Remsi, 11. Qaret Byel (k), 14. Konnor Roberts, 15. Etan Ampadu, 16. Co Morrell, 20. Daniel Ceyms.

İsveçrə – Türkiyə 3:1
Qol: H.Seferoviç, 6. C.Şakiri, 26; 68 – İ.C.Kahveci, 62.
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Bakı. Olimpiya stadionu.

İsveçrə: 1. Yan Zommer, 3. Silvan Vidmer, 4. Niko Elvedi, 5. Manuel Akanci, 7. Bril Embolo, 8. Remo Froyler, 9. Haris Seferoviç, 10. Qranit Caka (k), 13. Rikardo Rodriqes, 14. Stiven Zuber, 23. Cerdan Şakiri.
Türkiyə: 23. Uğurcan çakır, 2. Zeki çelik, 3. Merih Demiral, 4. çağlar Söyüncü, 6. Ozan Tufan, 7. Cengiz ünder, 10. Hakan çalhanoğlu, 17. Burak Yılmaz (k), 21. İrfan Can Kahveci, 22. Kaan Ayhan, 25. Mert Müldür.

İtaliya – 9, Uels – 4, İsveçrə – 4, Türkiyə – 0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest