Futbol üzrə Şimali Makedoniya millisinin baş məşqçisi İqor Angelovski vəzifəsindən ayrılacaq. Matc.az xəbər verir ki, bu barədə 45 yaşlı mütəxəssis Aç-2020-nin qrup mərhələsinin 3-cü turunun Niderlandla oyunundan (0:3) sonra təşkil olunan mətbuat konfransında deyib.
 
O, Şimali Makedoniya millisi ilə müqaviləsinin müddətinin iyulda bitdiyini və yığmadan ayrılacağını deyib.
 
Angelovski 2015-ci ildən Şimali Makedoniya millisini çalışdırırdı.
 
Şimali Makedoniya millisi Aç-2020-nin C qrupunu sonuncu sırada bitirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest