Aç-2020-nin B qrupu çərçivəsində keçirilən Rusiya - Danimarka matçının ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az xəbər verir ki, Danimarka yığmasının müdafiəçisi Andreas Kristensen bu görüşün ən yaxşısı seçilib.
 
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında pay sahiblərindən biri olub. Mərkəz müdafiəçisi bu görüşdə baxımlı qol da vurub.
 
Qeyd edək ki, Rusiya - Danimarka matçı 1:4 hesabıyla başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest