01 İyul 2025, 11:35
MPL
Avropa Liqasında mübarizə aparacaq "Sabah" növbəti transferini yekunlaşdırıb.
Matc.az xəbər verir ki, Masazır təmsilçisi Fransanın "Anje" klubu ilə müqaviləsi başa çatan Zinedin Uld Xaledlə anlaşıb. Əlcəzair millisinin üzvü ilə 2 illik müqavilə imzalanacaq.
Zinedin Uld Xaled "Anje"nin yetirməsidir. O, karyerası ərzində yalnız bu klubda çıxış edib. 25 yaşlı yarımmüdafiəçi ötən mövsüm Fransa çempionatında (Liqa 1) 10 oyunda meydana çıxıb.