Baş məşqçi Ayman Bualinin komanda üçün əhəmiyyətindən də danışıb. O, futbolçunun fərdi keyfiyyətlərini yüksək qiymətləndirərək, komanda şəklində oynadıqda daha effektiv çıxış etdiyini söyləyib.

“Şamaxı”nın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 13-cü turunda “Qəbələ” üzərində qazanılan qələbədən sonra komandasının çıxışını dəyərləndirib. Matc.az xəbər verir ki, mütəxəssis oyunsonrası mətbuat konfransında futbolçuların üzərində qələbəsizlik səbəbindən böyük təzyiq olduğunu bildirib.
 
O, komandasının matçın ilk dəqiqələrindən qələbə əzmi ilə oynadığını və istədikləri futbolu nümayiş etdirdiklərini vurğulayıb.
 
Bağırov “Qəbələ”nin keyfiyyətli futbolçulara malik olduğunu bildirsə də, rəqibə qol imkanları yaratmağa şərait vermədiklərini qeyd edib. Onun sözlərinə görə, bu qələbə komandadakı məğlubiyyət və qələbəsizlik stressini müəyyən qədər aradan qaldırıb.
 
Baş məşqçi Ayman Bualinin komanda üçün əhəmiyyətindən də danışıb. O, futbolçunun fərdi keyfiyyətlərini yüksək qiymətləndirərək, komanda şəklində oynadıqda daha effektiv çıxış etdiyini söyləyib.
 
Azər Bağırov əvvəlki qarşılaşmalara toxunaraq, “Neftçi”, “Sabah” və “Turan Tovuz”la oyunlarda komandasının yaxşı futbol sərgilədiyini, lakin nəticənin istədikləri kimi olmadığını diqqətə çatdırıb. O, həmin məğlubiyyətlərdən düzgün nəticə çıxarmalı və oyunların təhlilini aparmalı olduqlarını bildirib.
 
Mütəxəssis qarşıdakı beş oyunun doğma meydanda keçirilməsinə də münasibət bildirib. Bağırov komandasının turnir cədvəlindəki mövqeyindən daha çox oyun-oyun irəliləməyi və futbolçulara müəyyən oyun prinsiplərini aşılamağı düşündüyünü vurğulayıb. O, mövsümün sonunda hansı pillədə qərarlaşacaqlarının zamanla bəlli olacağını qeyd edib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest