13 Noyabr 2026, 18:54
FUTBOL
“Mançester Yunayted”in keçmiş baş məşqçisi Maykl Kerrik klubun azarkeşlərinə müraciət edib. Matc.az xəbər verir ki, o, göstərdikləri dəstəyə görə təşəkkür edib.
İngiltərəli mütəxəssis sosial şəbəkə hesabında paylaşdığı mesajda sevdiyi kluba rəhbərlik etməyin onun üçün böyük şərəf olduğunu bildirib. Kerrik “Mançester Yunayted”in özünəməxsus tarixi, dəyərləri və ənənələri ilə digər klublardan fərqləndiyini vurğulayıb.
O, xüsusilə çətin günlərdə belə komandaya dəstək olan azarkeşlərə minnətdarlığını ifadə edib və birlikdə yaşadıqları xoş anların onun üçün unudulmaz olduğunu qeyd edib. Mütəxəssis məşqçilər heyətinə, klub əməkdaşlarına və futbolçulara da birgə fəaliyyətə, fədakarlığa və göstərdikləri səylərə görə təşəkkürünü çatdırıb.
Kerrik “Mançester Yunayted”in həyatında həmişə xüsusi yer tutacağını və klub üçün gördüyü işlərlə qürur duyduğunu bildirib. O, bundan sonra da komandanın oyunlarını tribunadan izləyəcəyini və azarkeşlərlə birlikdə sevimli klubuna dəstək verəcəyini vurğulayıb.
Qeyd edək ki, Kerrik noyabr ayında “Mançester Yunayted”dən ayrılıb. Daha əvvəl klub Maurisio Poçettinonun yeni baş məşqçi təyin olunduğunu açıqlayıb.













