"Arda üzərinə düşən məsuliyyəti dərk edir və bu gün də öz üzərinə götürdü. Təbii ki, komandanın ən yaxşı futbolçusu olduğu üçün onun çiyinlərində böyük yük olacaq"

“Komandamız həqiqətən də çox yaxşı futbolçulardan təşkil olunub. Bugünkü oyunda bəzi detallara görə çətinlik yaşadıq. Komandada çox gözəl kollektiv ab-havası var. Futbolçularımız çox yaxşı uşaqlardır. Kollec komandası təsiri bağışlayırıq. Mübarizə və istək baxımından hər şey yaxşı idi. İnanıram ki, çox yaxşı yerlərə gələcəyik. Sadəcə, bizə vaxt lazımdır”. Matc.az xəbər verir ki, bunu Türkiyə yığmasının baş məşqçisi Sərgən Yalçın deyib. 
 
O, UEFA Millətlər Liqasının A Liqasının V turunda Belçikaya 1:2 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bölüşüb. Mütəxəssis komandasının yaxşı futbolçulardan formalaşdığını, lakin bəzi detallarda səhvlərə yol verdiklərini bildirib.  
 
Baş məşqçi Arda Gülərin çıxışından razı qaldığını, digər futbolçuların da onunla birlikdə daha çox məsuliyyət götürməli olduğunu vurğulayıb:
“Arda möhtəşəm qol vurdu və öz potensialına, gücünə layiq oyun nümayiş etdirdi. Məncə, komandanın ən yaxşı futbolçularından biri idi. Arda bizim ən vacib oyunçumuzdur, bir çox məsələləri həll edə bilən futbolçudur. Onun meydanda görəcəyi işlər bizim üçün çox önəmlidir. Ancaq digər oyunçularımız da onunla birlikdə həll yolları tapmağa kömək etməlidirlər. Arda üzərinə düşən məsuliyyəti dərk edir və bu gün də öz üzərinə götürdü. Təbii ki, komandanın ən yaxşı futbolçusu olduğu üçün onun çiyinlərində böyük yük olacaq”.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest