“Mançester Siti”nin maliyyə pozuntuları ilə bağlı apellyasiya şikayətinə dekabr ayında baxılacaq. Matc.az xəbər verir ki, klubun şikayəti rədd edilərsə, mümkün sanksiyalarla bağlı yekun qərarın 2027-ci ildə açıqlanacağı gözlənilir.
Financial Times qəzetinin məlumatına görə, iş üzrə dinləmələr bir neçə gün davam edəcək. Məsələyə baxan müstəqil komissiyanın yekun qərarını isə 2027-ci ildə elan edəcəyi bildirilir.
Xatırladaq ki, “Mançester Siti” Premyer Liqanın maliyyə qaydalarını pozmaqda ittiham olunub. Klub irəli sürülən ittihamların demək olar ki, hamısı üzrə təqsirli bilinib və bu qərardan apellyasiya şikayəti verib.
Apellyasiya şikayətinin rədd ediləcəyi təqdirdə, müstəqil komissiya klub barəsində müxtəlif sanksiyalar tətbiq edə bilər. Mümkün cəzalar arasında “Mançester Siti”nin Premyer Liqadan kənarlaşdırılması da yer alır.
Bununla belə, sanksiyaların nə vaxt qüvvəyə minəcəyi hələlik məlum deyil. Belə ki, komissiyanın çıxaracağı qərardan sonra klubun mümkün cəzalara qarşı yenidən apellyasiya şikayəti vermək hüququ olacaq.













