Portuqaliya yığmasının futbolçuları Kriştiano Ronaldoya ehtiram əlaməti olaraq Danimarka ilə qarşılaşmadan əvvəl üzərində 7 nömrəsi olan formalarla meydana çıxacaqlar. Matc.az saytının A Bola nəşrinə istinadən məlumatına görə, UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək görüş öncəsi belə bir təşəbbüs irəli sürülüb.
Qərar Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proensa, baş məşqçi Jorje Jezus və komandanın kapitanları – Brunu Fernandeş, Bernardo Silva və Ruben Diaş arasında keçirilən görüşdə qəbul olunub.
Bununla yanaşı, matçın 7-ci dəqiqəsində azarkeşlərin də iştirakı ilə Kriştiano Ronaldonun şərəfinə xüsusi mərasim təşkil ediləcək. Hər iki təşəbbüs UEFA tərəfindən təsdiqlənib.
Bundan başqa, Ronaldonun milli komandanın düşərgəsində olduğu müddətdə qaldığı otağın boş saxlanılması qərara alınıb.
Qeyd edək ki, Portuqaliya millisi noyabrın 14-də Danimarka ilə qarşılaşacaq. Görüş 23:45-də başlayacaq.













