“Mən hər oyunda iştirak etmək və meydanda mümkün qədər çox vaxt keçirmək istəyirəm. Həmişə demişəm ki, bədənim imkan verdiyi müddətdə əlimdən gələnin ən yaxşısını edəcəyəm”. Matc.az xəbər verir ki, bunu braziliyalı futbolçu Rafinya deyib. 
 
“Barselona”nın formasını geyinən futbolçu millidə çıxış etməyin onun üçün böyük şərəf və imtiyaz olduğunu bildirib: “Milli komandanın formasını ilk dəfə geyindiyim gündən burada olmağı nə qədər çox istədiyimi nümayiş etdirmişəm. Heç vaxt millidən imtina etməmişəm, hər zaman əlimdən gələni etmişəm. Braziliya millisində oynamaq mənim üçün həmişə şərəf və imtiyaz olub, bundan sonra da belə olacaq”.
 
Qeyd edək ki, futbolçu daha əvvəl milli komandaya dəvət aldığı dövrlərdə zədələrlə bağlı səsləndirdiyi fikirlərə görə tənqid olunmuşdu. O isə açıqlamalarının yanlış anlaşıldığını bildirərək, əsas məqsədinin daha ciddi zədələrdən qorunmaq, həm klubunda, həm də millidə çıxış etməyə hazır olmaq olduğunu qeyd edib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest