Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti Takeşi Okada dünya çempionatının kommersiya hüquqları ilə bağlı qalmaqal fonunda vəzifəsindən ayrılıb. Matc.az xəbər verir ki, qurumun mətbuat xidmətinin məlumatına görə, Okada istefasını son hadisələrin şəxsi prinsipləri ilə ziddiyyət təşkil etməsi ilə əsaslandırıb.

O, idmanı nəcib fəaliyyət hesab etdiyini və yaranmış vəziyyəti qəbul edə bilmədiyini bildirib.

Qeyd edək ki, FİFA dünya çempionatının kommersiya fəaliyyətini birləşdirəcək “FIFA Forward Enterprise” şirkətinə özəl investorların cəlbini planlaşdırsa da, mübahisələrdən sonra bu təşəbbüsdən imtina edib.

FİFA prezidenti Canni İnfantino 2027-ci il martın 18-də keçiriləcək seçkidə yenidən namizəd olmaq niyyətindədir.

Xatırladaq ki, Takeşi Okada Yaponiya millisini 1998 və 2010-cu il dünya çempionatlarında çalışdırıb. Komanda onun rəhbərliyi altında 2010-cu ildə 1/8 finala yüksəlib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest