"Bu sualı onun özünə versəniz, daha yaxşıdır. Biz bu barədə ümumiyyətlə eşitməmişik".

"Çox ağır oyun oldu. Amma qələbə qazandığımıza görə sevinirik. Bu qələbəyə layiq idik. Təəssüf ki, Denis Marandiçi yenə ağır zədə aldı".

Matc.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Azərbaycan Premyer Liqasının 7-ci turunun "Şəfa" (0:1) ilə görüşündən sonra keçirilmiş mətbuat konfansında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

- Denis Marandiçinin durumu necədir?
- Kəllə-beyin travması alıb. Əməliyyat ediləcək.

- Son vaxtlarda Ehtiram Quliyevin klubdan gedə biləcəyi haqda söz-söhbətlər var. Bu, sizə və komandaya necə təsir edir?
- Bu sualı niyə mənə verirsiz? Bu sualı onun özünə versəniz, daha yaxşıdır. Biz bu barədə ümumiyyətlə eşitməmişik.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest