"Liverpul" "Portu"nun cinah hücumçusu Vilyam Qomesin xidmətində maraqlıdır. Mersisaydlılar komandaya Bredli Barkolanın gəlişinə baxmayaraq, 20 yaşlı futbolçunu Məhəmməd Salahın əvəzləyicisi kimi görürlər.
Matc.az xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb.
Bildirilir ki, müqavilənin 2031-ci ilə qədər uzadılmasından sonra Qomesin sərbəstqalma məbləği 80 milyon avrodan 100 milyon avroya yüksəlib. Buna baxmayaraq, "Liverpul" braziliyalı oyunçunu hələ də potensial transfer hədəfi kimi nəzərdən keçirir.
Cari mövsümdə Qomes bütün turnirlərdə 10 matçda iştirak edib, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Oyunçunun klubla hazırkı müqaviləsi 2031-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 30 milyon avro təşkil edir.













