"Komandamdakı futbolçularla birlikdə çalışıb sonda əlimizdən gələni etməyə çalışacağıq".
"Qəbələ" Azərbaycan Premyer Liqasının VII turu çərçivəsində səfərdə "Sumqayıt"a 1:4 hesabı ilə məğlub olub.
Matc.az xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi Yeton Bekiri oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Erkən qollar buraxdıqdan sonra çətin oldu bizə toparlanmaq üçün. Əvvəlki oyunlara baxmışdım və asanlıqla qollar buraxdığımızı görürdüm. Bu problemi aradan qaldırmaq üçün buradayıq.
- Komandanı tam formalaşdırmaq üçün sizə nə qədər vaxt lazımdır?
- Əlbəttə ki, vaxt çox lazımlı bir məqamdır. Oyunun əvvəlində 3 zərbənin üçünün də qol olması çox çətindir. Güclü komandalar da bu məqamlarda geridönüş etməkdə çətinlik çəkirlər. Bizə vaxt lazımdır. Düşünürəm ki, bu və digər çatışmazlıqları aradan qaldıracağıq.
- Növbəti turda son çempion "Sabah"la qarşılaşacaqsınız. Qısa müddətdə nələri dəyişməyi düşünürsünüz?
- Azərbaycan Premyer Liqası çox güclü liqadır. "Sabah" yaxşı komandadır. Qısa müddətdə nəyi bacarırıqsa, dəyişməyə çalışacağıq.
- Adətən, mövsümün gedişatında gələn baş məşqçi sonda uğur qazanmayanda komandanı özünün qurmadığını qeyd edir...
- Bu barədə şikayət etməyəcəyəm. Mən buraya işləməyə gəlmişəm. Komandamdakı futbolçularla birlikdə çalışıb sonda əlimizdən gələni etməyə çalışacağıq.













