"Ayntraxt"ın 15 yaşlı yarımmüdafiəçisi Niko İliçeviç bir sıra aparıcı Avropa klublarının diqqətini cəlb edib.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sport Germany" nəşri məlumat yayıb.

Bildirilir ki, gənc istedadın inkişafını "Real", "Barselona" və "Mançester Siti" kimi Avropa qitəsinin nəhəngləri yaxından izləyirlər. İliçeviçə həmçinin İtaliyanın "Milan" və "İnter" klublarının da maraq göstərdiyi bildirilir.

Frankfurt klubu Almaniyanın U-17 millisinin üzvünə peşəkar müqavilə təklif etməyə və ona idman perspektivləri nümayiş etdirərək uzunmüddətli sözləşmə imzalamağa hazırlaşır.

Ciddi rəqabətə baxmayaraq, Frankfurt təmsilçisi öz mövqeyini əlverişli qiymətləndirir. Klub təkcə müqaviləni yeniləmək deyil, həm də yaxın vaxtlarda İliçeviçi əsas heyətə cəlb etməyi planlaşdırır.

Oktyabrın 31-də futbolçunun 16 yaşı tamam olacaq və bu, ona peşəkar komandada çıxış etmək hüququ verəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest