"Barselona" hücumçusu Rafinya ilə yeni müqavilə şərtlərini razılaşdırıb.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano öz sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilir ki, yeni saziş 2030-cu ilin iyununa qədər nəzərdə tutulub. Bu məlumatı kataloniyalıların idman direktoru Deku da təsdiqləyib. O, futbolçu ilə prinsipial razılığın əldə olunduğunu və yaxın vaxtlarda yeni müqavilənin imzalanacağını bildirib.

Rafinya 2022-ci ildən bəri Kataloniya təmsilçisində çıxış edir. Oyunçunun Kataloniya klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalının məlumatına görə, braziliyalı futbolçunun transfer dəyəri 70 milyon avro təşkil edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest