Futbol üzrə 2026-cı il U-20 Qitələrarası Kubok matçı "Santyaqo Bernabeu" stadionunda 52 117 tamaşaçı toplayıb.
Matc.az xəbər verir ki, bununla da sözügedən qarşılaşma gənclər futbolu üçün tamaşaçı rekordu müəyyənləşdirib.
Oyun Madrid "Real"ının "Santyaqo Vonderers" üzərində 3:1 hesablı qələbəsi ilə başa çatıb. Çili klubu matçı 8 nəfərlə tamamlayıb: 25-ci və 90+6-cı dəqiqələrdə Aleksandr Dubo və Nikolas Karvaço birbaşa qırmızı vərəqə alaraq meydandan qovulublar, 88-ci dəqiqədə isə Kristofer Valensuela ikinci sarı vərəqə ilə cəzalandırılıb.
U-20 Qitələrarası Kuboku 2022-ci ildən bəri keçirilir. "Real" bu kuboku qazanan ilk İspaniya klubu olub. Buna qədər U-20 Qitələrarası Kubokunun qalibi adını "Flamenqo" (iki dəfə), "Boka Xuniors" və "Benfika" qazanıb.
Qeyd edək ki, bu kubok uğrunda UEFA Gənclər Liqasının və gənclər arasında Libertadores Kubokunun son qalibləri mübarizə aparırlar.













