"Barselona"nın 19 yaşlı hücumçusu Lamin Yamal futbolda irqçilik təzahürlərinə görə cəzalar məsələsində daha sərt mövqe nümayiş etdirilməli olduğunu hesab edir.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Gənc futbolçu mövzu ilə bağlı fikirlərini bölüşərkən bunları deyib:
"İşlər görülür, lakin müəyyən qərarların qəbuluna daha ciddi yanaşmaq lazımdır. Kimisə bütün dünyanın, milyonlarla uşağın gözü qarşısında irqçi hərəkətə yol verirsə, cəza da buna uyğun olmalıdır.
Mövcud tədbirlərin bir çoxu yaxşı olsa da, mən cəzalara yanaşmanı dəyişərdim, çünki belə bir şey sadəcə qəbulolunmazdır. Daha əvvəl Yamal minlərlə dəfə irqçiliklə qarşılaşdığını bəyan edib və azarkeşlər tərəfindən irqçi hərəkətlərin ona təsir etmədiyini qeyd edib".












_1789766354.jpg)
