Türkiyə Futbol Federasiyası (TFF) Süperliqada yaşanan hakim müzakirələri ilə bağlı yeni bir layihəni həyata keçirməyə hazırlaşır.

Matc.az xəbər verir ki, bu barədə "Hürriyet" nəşri məlumat yayıb.

Bildirilir ki, Mərkəzi Hakimlər Komitəsinin (MHK) Elit hakim direktoru Entoni Teylor matçlardan sonrakı 48 saat ərzində klublarla birbaşa əlaqə yaradacaq. Teylor klub rəsmilərinə mübahisəli epizodlarda verilən hakim qərarlarının doğru və ya yanlış olduğunu bildirəcək.

Bununla da klubların oyunlarda gündəmə gələn hakim qərarları barədə birbaşa MHK Elit hakim direktorundan məlumat alması planlaşdırılır.

TFF bu addımla televiziya və sosial mediada hakim qərarları üzərindən aparılan "doğru, yoxsa yanlış" müzakirələrinin qarşısını almağı hədəfləyir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest