Kilian Mbappe "Real"ın avqust ayındakı ən yaxşı oyunçusu seçilib.

Matc.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.

Ötən ay Mbappe La Liqada 3 matçında 4 qolla yadda qalıb. Fransalı forvard I turun təxirə salınmış görüşündə "Real Soseydad"la oyunda (4:1) het-trikə imza atıb, həmçinin III turda "Malaqa" ilə qarşılaşmada (4:0) bir qol vurub.

27 yaşlı oyunçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalında fransalı futbolçunun dəyəri 200 milyon avro təşkil edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest