"Qızıl top"un təşkilatçıları səsvermədə iştirak edən jurnalistlərin rəhbər tutmalı olduğu yenilənmiş kriteriyaları dərc ediblər.

Matc.az xəbər verir ki, bu barədə mükafatın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, "Hər bir seçici müəyyən edilmiş üç kriteriyaya əsaslanaraq öz favoritlərini təyin edir: fərdi və həlledici çıxışlar, kollektiv nailiyyətlər və qazanılmış kuboklar, həmçinin həm meydanda, həm də ondan kənarda davranış və ədalətli oyun prinsiplərinə riayət edilməsi" deyə təşkilatçıların bəyanatında bildirilir.

Beləliklə, ötən illərlə müqayisədə qaydalarda "həlledici" ifadəsi yer alıb. Bu isə o deməkdir ki, oyunçunun məhz həlledici matçlardakı çıxışı vacib meyar rolunu oynayacaq.

2026-cı ildə "Qızıl top" yubiley – 70-ci dəfə təqdim olunacaq. Bu il mükafat Parisdə deyil, "Qızıl top"un ilk qalibi Stenli Metyuzun xatirəsinə ehtiram əlaməti olaraq Londonda təqdim ediləcək. Mərasim oktyabrın 26-sı, bazar ertəsi günü baş tutacaq.

"Qızıl top-2026" mükafatına namizədlərin siyahısı isə sentyabrın 8-də açıqlanacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest