Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun karyerasını davam etdirəcəyi yeni klub müəyyənləşib.
Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun karyerasını davam etdirəcəyi yeni klub müəyyənləşib.
Matc.az xəbər verir ki, 27 futbolçu Ukraynanın "Bukovina" komandası ilə prinsipial razılıq əldə edib.
Təcrübəli forvardın yaxın günlərdə yeni klubu ilə rəsmi müqaviləyə qol çəkəcəyi gözlənilir, lakin keçidin maliyyə detalları və müqavilə müddəti hələlik açıqlanmır.
"Bukovina" cari mövsümdə Ukrayna Premyer Liqasında çıxış etmək hüququ qazanıb və hazırda aktivindəki 5 xalla turnir cədvəlinin 8-ci pilləsində yer alıb.
Qeyd edək ki, Renat Dadaşovun son iş yeri Polşanın "Motor" klubu olub və o, ötən mövsümün başa çatması ilə Lublin təmsilçisindən azad agent kimi ayrılıb.













