04 Sentyabr 2026, 12:18
FUTBOL
Azərbaycanlı müdafiəçi Can Hacıyev Türkiyənin "Qalatasaray" futbol klubu ilə müqavilə imzalayıb.
Azərbaycanlı müdafiəçi Can Hacıyev Türkiyənin "Qalatasaray" futbol klubu ilə müqavilə imzalayıb.
Matc.az xəbər verir ki, 17 yaşlı futbolçu qarşıdakı iki mövsümdə İstanbul təmsilçisinin gənclər komandasında (U-19) çıxış edəcək. Bu komanda UEFA Gənclər Liqasında mübarizə aparacaq.
Hacıyev ötən mövsümü İsveçrənin "Sion" klubunun gənclər komandasında keçirib.
Gənc futbolçu 1,87 metr boyu ilə sağ və mərkəzi müdafiəçi mövqelərində oynaya bilir.
Onu da qeyd edək ki, oyunçu ilə artıq Türkiyə və Qazaxıstan futbol federasiyaları da maraqlanıb.













