Braziliyalı vinger Qabriel Martinelli İngiltərənin "Arsenal" klubundan "Əl-Hilal"a keçib.

Matc.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı braziliyalının yeni komandası ilə müqaviləsi 4 mövsümlük – 2030-cu ilin yayına qədər nəzərdə tutulub.

Martinelli 2019-cu ilin yayından "Arsenal"da çıxış edirdi. Ötən mövsüm futbolçu klubun heyətində bütün turnirlərdə 53 matçda iştirak edib. Onun hesabında 11 vurulan qol və 7 məhsuldar ötürmə var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest