03 Sentyabr 2026, 20:41
FUTBOL
"Zirə" transfer çalışmalarını davam etdirərək heyətini daha bir futbolçu ilə gücləndirib.
Matc.az xəbər verir ki, bu barədə qəsəbə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, paytaxt klubu Portuqaliyanın "Çaveş" klubunda çıxış edən Talisson Moreyra Reys "Ktatau"nun keçidini rəsmiləşdirib.
25 yaşlı braziliyalı yarımmüdafiəçi ilə rəsmi olaraq 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Zirə" bu gün Xorvatiyanın "Riyeka" klubunda çıxış edən Dimitri Leqbonun keçidini də rəsmiləşdirib.













