"Everton"un sahibləri – Amerikanın "Friedkin Qrup" şirkəti klub üçün yeni investorlar axtarır.

Matc.az xəbər verir ki, bu barədə "The Athletic" idman nəşri məlumat yayıb.

Bildirilir ki, "Friedkin Qrup" "Everton"un azlıq təşkil edən səhmlər paketini (minoritar səhmlər) satmağa hazırdır. İdeya klubun inkişafına yeni təkan verəcək strateji investorların tapılmasından ibarətdir.

Bu proseslər yay "transfer pəncərəsi"nin sonunda klubun davranışına yönəlmiş tənqidlərin fonunda baş verir. Belə ki, son günlərdə "Everton" üç oyunçunu (İliman Ndiaye, Beto və Tim İroqbunam) 100 milyon avrodan artıq məbləğə satıb.

Qeyd edək ki, "Friedkin Qrup" "Everton"la yanaşı, 2020-ci ildən İtaliyanın "Roma" klubunun da sahibidir. "Everton" Premyer Liqada yeni mövsümə 2 oyunda topladığı 4 xalla başlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest