21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sentyabr və oktyabr aylarında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində üç rəsmi oyun keçirəcək.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sentyabr və oktyabr aylarında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində üç rəsmi oyun keçirəcək.
Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, U-21 yığmamızın qarşıdakı rəsmi oyunlarının tam cədvəli və keçiriləcəyi məkanlar artıq bəllidir. Futbolçularımız bu müddət ərzində iki ev, bir səfər qarşılaşmasına çıxacaqlar.
Komandamız sentyabrın 25-də ilk olaraq "Bank Respublika Arena"da Çexiya həmyaşıdlarını qəbul edəcək. Sentyabrın 30-da isə millimiz Şotlandiya səfərinə yollanacaq və Kilmarnok şəhərindəki "Reqbi Park" stadionunda yerli komanda ilə qarşılaşacaq.
U-21 millimiz seçmə mərhələdəki növbəti oyununu isə oktyabrın 6-da yenidən doğma meydanda keçirəcək. Komandamız "Bank Respublika Arena"da Cəbəllütariq yığmasını sınağa çəkəcək.












