Gəncə şəhərində ictimai nəqliyyat sentyabrın 4-də axşam və gecə saatlarında gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Gəncə şəhərində ictimai nəqliyyat sentyabrın 4-də axşam və gecə saatlarında gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Matc.az xəbər verir ki, bu barədə "Kəpəz" klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Gəncə təmsilçisinin rəhbərliyi azarkeşlərin Azərbaycan Premyer Liqasının IV turunda keçiriləcək "Kəpəz" – "Şamaxı" oyununa böyük marağını nəzərə alaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Gəncə Regional İdarəsinə müraciət edib.

Nəticədə minlərlə futbolsevərin Gəncə şəhər stadionuna rahat gəliş-gedişinin təşkili üçün 3 marşrut xətti üzrə avtobusların sayının artırılması və iş saatının uzadılması barədə qərar qəbul olunub.

Sentyabrın 4-də sərnişinlər stadion istiqamətində hərəkət edən 6, 7 və 12 nömrəli marşrut xətlərindən istifadə edə biləcəklər. Sözügedən xətlər üzrə sərnişindaşımalar saat 23:30-a qədər davam edəcək.

Qeyd edək ki, "Kəpəz" və "Şamaxı" komandaları arasındakı qarşılaşma saat 20:15-də start götürəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest