AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib və Azərbaycan Premyer Liqasının III turunun oyunları ilə bağlı bir neçə klub cəzalandırılıb.

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib və Azərbaycan Premyer Liqasının III turunun oyunları ilə bağlı bir neçə klub cəzalandırılıb.

Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

"Sumqayıt" – "Qarabağ" matçında meydan sahiblərinin azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyi üçün "Sumqayıt" klubu 5000 manat məbləğində cərimə olunub. Həmin qarşılaşmada təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan "Qarabağ"ın futbolçusu Kadi Borqes 1 oyunu şərti olmaqla 3 oyunluq cəzalandırılıb, Ağdam klubu isə 3000 manat cərimə edilib. Sınaq müddəti 6 ay təyin olunub.

Ciddi sanksiyalarla üzləşən digər klub isə "Kəpəz" olub. Gəncə təmsilçisi "Turan Tovuz"la oyunda 6 futbolçusunun sarı vərəqə almasına görə 700 manat, matç bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə 2500 manat və azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etməsinə görə daha 3000 manat cərimə olunub. Eyni turda "Şamaxı" ilə oyundan sonra meydana kənar şəxs daxil olduğu üçün "Qəbələ" klubu da 2500 manat cəriməyə məruz qalıb.

"Zirə" ilə qarşılaşmada ikinci sarı vərəqədən qırmızı vərəqə alan "Neftçi"nin müdafiəçisi Elvin Bədəlov 1 oyunluq diskvalifikasiya edilib, klubu isə 500 manat cərimələnib. Bundan əlavə, azarkeşlərin meydana kənar əşya atması səbəbindən flaqman əlavə 2000 manat cərimə ödəməli olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest