Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Çempionlar Liqasının təsnifat mərhələsinin pley-off raundunun cavab oyununda "Lion"la matçdakı davranışlarına görə Türkiyənin "Fənərbaxça" klubunun fransalı yarımmüdafiəçisi Matteo Qenduzi barəsində intizam araşdırmasına başlayıb.
Matc.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti.
Bildirilir ki, UEFA həmçinin "Fənərbaxça"nın ingiltərəli hücumçusu Meyson Qrinvudun da hərəkətlərini araşdırır.
"Fənərbaxça" bu proses zamanı oyunçularımızın və klubumuzun hüquq və mənafelərini qorumaq üçün UEFA-nın müvafiq qurumlarına lazımi arqumentləri təqdim edəcək. Klubumuz hadisələrin gedişatını diqqətlə izləyir", – deyə açıqlamada qeyd olunub.
Qenduzi final fitindən sonra nümayişkaranə şəkildə Çempionlar Liqasının ümumi mərhələsinə vəsiqə qazanılmasını bayram edib və tribunalardakı azarkeşləri təxribata çəkib. Tamaşaçılardan biri meydana qaçmağa cəhd etsə də, stüardlar onun qarşısını ala biliblər. Qenduzi tribunalar tərəfə əl eləməyə davam edərək tribunaltı otağa doğru yollanarkən "Lion"un qapıçılar üzrə məşqçisi Antonio Ferreyranın hücumuna məruz qalıb. Bundan sonra komandalar arasında kütləvi dava düşüb.
Görüş avqustun 26-da baş tutub və "Fənərbaxça"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Türkiyə komandası iki oyunun nəticəsinə görə (3:2) rəqibini üstələyib və 17 ildən sonra ilk dəfə Çempionlar Liqasında oynayacaq.












