Argentinalı hücumameyilli yarımmüdafiəçi Klaudio Eçeverri karyerasını "Benfika"da davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, söhbət satınalma seçimi ilə mövsümün sonuna qədər olan icarə müqaviləsindən gedir. Sazişin maliyyə detalları açıqlanmır. 20 yaşlı yarımmüdafiəçi "Benfika"da 30 nömrəli formada çıxış edəcək.

Eçeverri 2024-cü ilin yanvarında "Mançester Siti"yə keçib, lakin o vaxtdan bəri komandada cəmi 3 oyun keçirib və 1 qolla yadda qalıb. O, icarə əsasında "River Pleyt", Leverkuzen "Bayer"i və "Jirona"da çıxış edib.

Eçeverrinin "Mançester Siti" ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir, onun transfer dəyəri 15 milyon avro qiymətləndirilir.

Futbolçunun hesabında Argentinanın müxtəlif yaş qrupları üzrə gənclərdən ibarət yığmalarında keçirdiyi 34 oyunda 17 qol var.

Eçeverri hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış edir, ona görə də start heyətindəki yer uğrunda Georgi Sudakovun rəqibi ola bilər. Əvvəllər "Benfika"nın baş məşqçisi Marku Silva ukraynalı futbolçuya etimad göstərdiyini bildirmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest