İtaliyada ötən mövsüm özünü ən yaxşı tərəfdən göstərmiş oyunçu, menecer və hakimlərin mükafatlandırılması üçün İtaliya Futbol Federasiyası tərəfindən təşkil edilən "Gran Gala del Kalço" mərasimi keçirilib.

Matc.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Tədbirdə 2025/2026 mövsümünün yekunlarına əsasən A Seriyasının rəmzi komandası da müəyyənləşib.

Heyətdə bu futbolçular yer alıb:

Qapıçı: Mile Svilar ("Roma");

Müdafiəçilər: Federiko Dimarko ("İnter"), Alessandro Bastoni ("İnter"), Manuel Akanji ("İnter"), Marko Palestra ("Kalyari");

Yarımmüdafiəçilər: Skott Maktominey ("Napoli"), Luka Modriç ("Milan"), Hakan Çalhanoğlu ("İnter");

Hücumçular: Niko Pas ("Komo"), Doniell Malen ("Roma"), Lautaro Martines ("İnter").

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest