"Latsio"nun italyan mərkəz müdafiəçisi Alessio Romanyoli karyerasını Qətərin "Əl-Sadd" klubunda davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, tərəflər artıq 4 illik müqavilənin şərtlərini razılaşdırıblar. Transfer məbləği açıqlanmır.

Romanyolinin "Latsio" ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

31 yaşlı müdafiəçinin "Əl-Sadd"a mümkün keçidi barədə hələ iyunun əvvəlində, Qətər klubuna Roberto Mançini rəhbərlik etdiyi vaxtlarda xəbərlər yayılmışdı. İtalyan mütəxəssisin gedişinə baxmayaraq, bu transfer reallaşacaq.

Romanyoli 2022-ci ilin yayından bəri "Latsio"da çıxış edir. O, daha əvvəl "Roma", "Sampdoriya" və "Milan"da oynayıb, "rossoneri"nin kapitanı olub. Müdafiəçi İtaliya millisinin heyətində 13 matç keçirib və 2 qol vurub.

Cari mövsümdə Romanyoli "Latsio"nun heç bir oyununda meydanda olmayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest