"Napoli"nin kapitanı və müdafiəçisi Covanni Di Lorentso klubla yeni müqavilə imzalayıb.
Matc.az xəbər verir ki, bu barədə İtaliya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, futbolçunun komanda ilə bağladığı yeni sözləşmənin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub.
Covanni Di Lorentso "Lukkeze" və "Redcina" klublarının yetirməsidir.
Futbolçu 2019-cu ildən "Napoli"nin heyətinə qoşulub. O, bu müddət ərzində klub səviyyəsində keçirdiyi 307 matçda 20 qol vurub və 42 məhsuldar ötürmə edib.
Neapolluların heyətində oyunçu iki dəfə A Seriyasının, həmçinin bir dəfə İtaliya Kubokunun və İtaliya Superkubokunun qalibi olub.
Qeyd edək ki, "Napoli" Çempionlar Liqasında "Sabah"ın rəqibidir və gələn il yanvarın 20-də Bakıda təmsilçimizlə üz-üzə gələcək.













