"Real"ın və Fransa millisinin ulduz hücumçusu Kilian Mbappenin qaçırılmasını planlaşdıran 18 yaşlı gənc həbs edilib.

Matc.az xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.

Bildirilir ki, Kleman L. adlı gənc Mbappe və digər bir sıra varlı şəxslərə hücum etməyi, həmçinin onları qaçırmağı planlaşdıran cinayətkar qruplaşmanın lideri olub. Onların potensial qurbanlar siyahısında ümumilikdə 26 nəfər yer alıb ki, bura digər idmançılar, reperlər və iş adamları daxildir.

Avqustun 21-də Kleman L. cinayət ortağı ilə birlikdə cari ilin aprelində baş vermiş soyğunçuluqda ittiham olunub. İstintaq zamanı hüquq-mühafizə orqanları Klemanın tərəfdaşları ilə olan mesajlaşmalarını təhlil ediblər. Məlum olub ki, onlar aprelin 11-dən avqustun 19-dək olan dövrdə bir sıra soyğunçuluq və qaçırma hadisələri planlaşdırıblar.

Kleman L. dəmir barmaqlıqlar arxasına göndərilib və təkadamlıq kameraya yerləşdirilib. Onun cinayət ortağı isə məhkəmə nəzarəti altında saxlanılmaq şərti ilə sərbəst buraxılıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest