İtaliya futbolunun əfsanəvi siması Françesko Totti Romanın "Maksima Roma" basketbol klubunda rəhbər vəzifəyə təyin olunub.

Matc.az xəbər verir ki, bu barədə Avroliqanın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, sentyabrın sonunda 50 yaşı tamam olacaq italiyalı mütəxəssis klub sahiblərinin məsləhətçisi vəzifəsini yerinə yetirəcək. O, azarkeş bazasının genişləndirilməsi və korporativ sosial məsuliyyət sahəsindəki fəaliyyətlərə cavabdeh olacaq.

Totti "Maksima Roma"da çalışacaq yeganə futbol ulduzu deyil. Romanın digər komandası "Latsio"nun əfsanəsi olan və bu yaxınlarda oyunçu karyerasını başa vuran Çiro İmmobile də klubun səfiri funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, "Maksima Roma" klubu 2026-cı ildə təsis edilib. Komanda 2026/27 mövsümündə İtaliya A Seriyası və qitənin ikinci ən güclü turniri sayılan Avrokubokda mübarizə aparacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest