Rişarlison karyerasını Türkiyədə davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Bildirilir ki, "Trabzonspor" hücumçu Rişarlisonun transferi ilə bağlı "Tottenhem"ə rəsmi təklif göndərib.

Braziliyalı futbolçu bu keçidə razılıq verib və hazırda Türkiyəyə satılması üçün London klubuna təzyiq göstərir.

29 yaşlı oyunçunun "Tottenhem"də qalmaq istəmədiyi vurğulanır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest