"Olimpiakos" və "Aston Villa" Leon Beylinin transferi ilə bağlı şifahi razılıq əldə ediblər.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, söhbət 29 yaşlı yarımmüdafiəçinin daimi keçidindən gedir və o, 2029-cu ilin iyununa qədər müqavilə imzalayacaq. İngiltərə klubu sövdələşmənin tamamlanmasına yaşıl işıq yandırıb.

Beyli hazırda tibbi müayinədən keçmək üçün Afinaya yollanır.

Ötən mövsüm Beylinin aktivində Premyer Liqada keçirdiyi 13 matçda cəmi bir məhsuldar ötürmə olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest