Portuqaliyalı yarımmüdafiəçi Renatu Sançeş azad agent statusu ilə PSJ-ni tərk edib.

Matc.az xəbər verir ki, bu barədə "Goal.com" portalı məlumat yayıb.

Bildirilir ki, 2027-ci il iyunun sonuna qədər qüvvədə olan müqavilə yay "transfer pəncərəsi"nin son saatlarında tərəflərin qarşılıqlı razılığı ilə ləğv olunub. Hələlik nə oyunçu, nə də klub tərəfindən bu məlumat rəsmən təsdiqlənməyib.

Sançeş 2022-ci ilin yayında 15 milyon avro qarşılığında "Lill"dən PSJ-yə keçsə də, Parisdə özünü doğrulda bilməyib. O, son üç mövsümü icarə əsasında "Roma", "Benfika" və "Panatinaikos" klublarında keçirib.

Hazırda 29 yaşlı portuqaliyalının transfer dəyəri cəmi 2 milyon avro qiymətləndirilir.

Portuqaliya millisinin heyətində 32 matçda 3 qol vuran Sançeş yığma ilə AVRO-2016-nın çempionu olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest