02 Sentyabr 2026, 15:47
FUTBOL
Azərbaycanın çimərlik futbolu millisi dünya reytinqində 6 pillə birdən irəliləyib.
Azərbaycanın çimərlik futbolu millisi dünya reytinqində 6 pillə birdən irəliləyib.
Matc.az xəbər verir ki, bu barədə Beynəlxalq Çimərlik Futbolu Federasiyası məlumat yayıb.
Bildirilir ki, aktivində 379,25 xal olan yığmamız dünya miqyasında 29-cu sıraya yüksəlib. Komandamız bu uğurlu gedişlə Avropa reytinqində də mövqeyini yaxşılaşdıraraq qitənin 12-ci güclü seçməsi olub.
Xatırladaq ki, bundan əvvəlki cədvəldə çimərlik futbolçularımız dünyada 35-ci, Avropada isə 13-cü pillədə qərarlaşmışdılar.













