02 Sentyabr 2026, 11:18
FUTBOL
"Barselona" 22 yaşlı dayaq yarımmüdafiəçisi Mark Kasadonun keçidini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, ispaniyalı futbolçu 30 milyon avro satınalma seçimi ilə 1 illik icarə əsasında La-Korunyanın "Deportivo" klubuna yollanıb.
Kasado "Barselona" akademiyasının yetirməsidir. Mark Kasado ötən 2025/2026 mövsümündə bütün turnirlərdə ümumilikdə 34 matçda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb. İspaniyalı oyunçu yeni mövsümdə "göy-qırmızılar"ın heyətində rəsmi oyunlara çıxmayıb.
Onun kataloniyalılar ilə hazırkı müqavilə müddəti 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 18 milyon avro təşkil edir.













