02 Sentyabr 2026, 01:00
FUTBOL
"Qalatasaray" "Porto"nun hücumçu Dəniz Gülün transferini rəsmiləşdirib.
Matc.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında əldə olunan razılığa əsasən, Türkiyə təmsilçisi Portuqaliya klubuna ümumilikdə 10 milyon avro transfer haqqı ödəyəcək. Bundan əlavə, oyunçunun növbəti satışından əldə olunacaq mənfəətin 10 faizi də "Porto"ya veriləcək.
21 yaşlı futbolçu ilə 2026/2027 mövsümündən etibarən qüvvədə olmaqla 5 illik müqavilə imzalanıb. Razılaşmaya görə, hücumçuya hər mövsüm üçün sabit 1,5 milyon avro maaş ödəniləcək.










_1787880651_1788290026.jpg)


