"Latsio" müdafiəçisi Samuel Jiqo ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə Roma klubunun mətbuat xidməti məlumat yayıb.

"Qartallar" fransalı futbolçunu 2024-cü ilin yayında "Marsel"dən icarəyə götürmüşdülər. 1 il sonra Jiqo tamhüquqlu müqavilə ilə İtaliya klubuna keçmişdi.

Müdafiəçi "Latsio"nun heyətində bütün turnirlərdə 23 matçda iştirak edib, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest