"Liverpul" Belçika "Genk"inin 18 yaşlı qapıçısı Lukka Brüqmansla müqavilə imzaladığını açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə mersisaydlıların rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, İngiltərə klubu gənc futbolçu ilə uzunmüddətli müqavilə bağlayıb, lakin sözləşmənin detalları açıqlanmayıb.
Brüqmans cari 2026/27 mövsümünün sonuna qədər "Genk"də çıxış etməyə davam edəcək və "qırmızılar"a növbəti mövsümdə qoşulacaq.
"Transfermarkt" portalı Brüqmansın dəyərini 4 milyon avro qiymətləndirir.
Qeyd edək ki, gənc qapıçı 2024-cü ilin yayında "Genk"in əsas komandasına qoşulub, keçirdiyi 15 matçda 15 qol buraxıb və 6 oyunda qapısını toxunulmaz saxlayıb.
O, Belçikanın U-19 yeniyetmə yığmasında (2 oyun) və U-18 milli komandasında kapitan sarğısını daşıyıb.










_1787880651_1788290026.jpg)


